waplog

2015-ci ildə günəş təyyarəsi dünyanı fəth edəcək


İsveçrədən olan komanda 2015-ci ildə günəş batareyası ilə işləyən təyyarənin köməyi ilə dünyanı fəth etməyi planlaşdırır. Bundan əvvəl “Solar Impulse” təyyarəsinin köməyi ilə istehsalçılar yerli uçuşlar və bir transatlantik uçuş həyata keçiriblər, lakin artıq birinci uçuşdan sonra isveçrəlilər deyirdilər ki, onların hədəfi məhz Yer kürəsi ətrafında birbaşa uçuşdur. Uçuşun gələn ilin aprel-iyul aylarında olacağı gözlənilir.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, günəş batareyası ilə işləyən təyyarənin birinci versiyası hələ 5 il bundan əvvəl nümayiş etdirilib; sahibkar və filantrop Bertran Pikarın maliyyə dəstəyi ilə yaradılıb, “Solar Impulse” təyyarəsində uçuşların çox hissəsini pilot Andre Borşberq, ya da Pikar həyata keçirib.
 
Yer kürəsi ətrafında birbaşa uçuş üçün yeni “Solar Impulse 2” təyyarəsindən istifadə ediləcək. Yeni təyyarədə birinci versiyanın bütün əsas xüsusiyyətləri saxlanılacaq, lakin daha uzunmüddətli uçuşlar üçün hesablanacaq.
 
Təyyarənin yeni versiyası, demək olar, hazırdır. Pikar günəş batareyası ilə işləyən təyyarənin, demək olar, son variantını İsveçrədə Payern hərbi-hava bazasında nümayiş etdirib. Təyyarənin qanadında  7200 fərdi günəş paneli quraşdırılıb, onların hər biri sərbəst işləyə bilər. “Solar Impulse 2” təyyarəsinin qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metr təşkil edir ki, bu da birinci versiyada 15% daha çoxdur. “Solar Impulse 2” təyyarəsinin çəkisi 2,3 tondur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL