İki əməliyyat sistemli smartfon satışa çıxarılıb
Avropa ölkələrində iki – “Android” və “Firefox OS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Revolution” smartfonunun satışlarına başlanıb. Qurğunu Almaniya, Fransa, İspaniya və Böyük Britaniya bazarlarından əldə etmək olar.
Aparat 2009-cu ildə Avropada ilk dəfə “Android” sistemli smartfon hazırlayan İspaniyanın “Geeksphone” şirkəti tərəfindən istehsal edilib.
“Android” ən məşhur mobil əməliyyat sistemi olduğu halda “Firefox OS” nisbətən az tanınır. “Mozilla” şirkəti tərəfindən hazırlanan “Firefox OS” mobil əməliyyat sistemi “HTML”, “CSS” və “JavaScript” açıq standartlarına əsaslanır ki, bu da ona əksər veb-əlavələrlə uyğunluğa imkan verir. Sistemdə brauzerdə olduğu kimi, “Gecko” mühərrikindən istifadə olunur.
“Revolution” modelinin daxilində 1,6 QHs takt tezlikli ikinüvəli "Intel Atom” prosessoru, 2 QB tutumlu operativ yaddaş və 4 QB tutumlu daxili yaddaş quraşdırılıb. Aparat “IPS” matrisalı 4,7 düymlü qHD-displey, 8 meqapikselli əsas və 1,3 meqapikselli ön kamera, eləcə də 2000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Həmçinin yaddaş kartı (32 QB) dəstəklənir, - “Vesti www.vesti.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL