“Delta Telecom” Azərbaycan saytlarının yarısından çoxunu artıq Milli Data Mərkəzinə köçürüb
"Delta Telecom" şirkəti xarici serverlərdə yerləşdirilmiş Azərbaycan saytlarının yarısından çoxunu artıq Milli Data Mərkəzinə köçürüb.
Şirkətin texniki direktoru Atəş Rzayevin "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, saytlar güzgü texnologiyası istifadə edilməsi ilə yanaşı, digər texnologiyalar vasitəsilə də xarici serverlərdən Azərbaycana daşınır.
"Bundan başqa, Azərbaycan kontentini xarici hostinqlərdən götürüb Azərbaycanın Milli Data Mərkəzində yerləşdirilməsi üçün bütün şərait yaradılıb və hər yeni yaradılan saytın mütləq şəkildə yerli Data Mərkəzinə köçürülməsi istiqamətində ciddi işlər aparılır",- deyə o bildirib.
Qeyd edək ki, şirkətin Milli Data Mərkəzinin serverlərində resursların yerləşdirilməsi üzrə təqdim etdiyi imkanlar, beynəlxalq axtarış sistemlərinin yerli serverlərdə yerləşdirilməsi milli kontentin əks-miqrasiya prosesini sürətləndirir. Son zamanlaradək Azərbaycan saytlarının 97%-i Almaniya və ABŞ-da yerləşdirilirdi.
Milli Data Mərkəzinin məqsədi milli kontentin inkişafı, onun yerli serverlərdə yerləşdirilməsi və bu resursların məlumatlarının tam təhlükəsizliyini təmin etməkdir.
"Delta Telecom" istifadəçilərə proqram səviyyəsində bir neçə fiziki serveri və yaddaş qurğusunu birləşdirərək virtual serverlərin yaradılması xidmətini də təqdim edir. Hər bir virtual serverdə əməliyyat sistemini tətbiq etmək olar və onu fərdi kompüter kimi istifadə etmək olar. Hostinqin idarəedilməsi sifarişçiyə təqdim edilən "С-Panel" vasitəsilə həyata keçirilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL