“BlackBerry” mobil telefon biznesindən imtina edə bilər
“BlackBerry” şirkətinin baş direktoru Con Çen mobil biznesin bundan sonra da ziyana məruz qalacağı təqdirdə ondan imtina edəcəyini bəyan edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Mən smartfon satışı biznesində qazanc əldə edə bilmirəmsə, gələcəkdə ondan imtina etməliyəm”, - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı son qərar yaxın vaxtlarda qəbul olunacaq.
Bununla yanaşı, “BlackBerry” digər şirkətlərlə tərəfdaşlıqda korporativ texnologiyalara qoyulan investisiyaları genişləndirməyi planlaşdırır. Şirkət əsas diqqəti proqram təminatına yönəltmək niyyətindədir.
Məlumat üçün bildirək ki, 2013-2014-cü maliyyə ilinin birinci rübünün yekunlarına görə “BlackBerry” bir il əvvəlin analoji dövründə əldə olunan 98 milyon dollarlıq mənfəətlə müqayisədə 423 milyon dollar məbləğində itki ilə üzləşib.
Eyni zamanda, mədaxil 64 faiz azalaraq 976 milyon dollara enib. Hesabat dövrü ərzində "BlackBerry” 3,4 milyon smartfon, eləcə də, “BlackBerry 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən 1,3 milyon qurğu satılıb, - “İTAR-TASS www.itar-tass.com” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL