waplog

NATO Azərbaycanın gənc alimlərini kibermüdafiə üzrə Elm Proqramında iştirak etməyə dəvət edir


NATO Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimlərini “Sülh və Təhlükəsizlik naminə Elm Proqramı”nın layihələrində iştirak etməyə dəvət edir. Alyansın bu proqramında kibermüdafiə, antiterrorizm, enerji təhlükəsizliyi, nüvə siyasəti, iqtisadiyyat və təhlükəsizliyin qiymətləndirilməsi və s. istiqamətlər əhatə olunub.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar olaraq, Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə NATO-nun sözügedən proqramının rəhbəri Dəniz Yüksəl Betenlə görüşüb.
 
 Proqramdan söz açan D.Y.Beten qeyd edib ki, hazırda dünyanın bir çox ölkələrinin intellektli gəncləri bu proqramın dəstəklədiyi layihələrdə iştirak edirlər. Misir, Əfqanıstan və başqa ölkələrin gənclərinə layihələrdə iştirak üzrə təcrübə xarakteri daşıyan təlim və seminarlar keçirilməkdədir.
 
Akademiyanın NATO-nun bir sıra layihələrində iştirak etdiyini deyən A.Əlizadə onların sırasında yer elmləri, o cümlədən ətraf mühitin mühafizəsi və başqa istiqamətlərdəki təşəbbüsləri qeyd edib. Enerji təhlükəsizliyi, antiterrorizm və başqa istiqamətlərdə intellektli gənclərin potensialına önəm verən akademik bundan sonra bu istiqamətlərdə də AMEA-nın gənc alimlərinin tədqiqatlarının genişləndirilməsini vacib hesab edib.
 
Sonda proqramda iştirak etmək üçün AMEA-nın gənc alimlərinə təlim və seminarların keçirilməsi nəzərə alınıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL