waplog

“NFC” simsiz şəbəkənin yaradılması üçün tətbiq edilib



Adətən mobil ödənişlər və kontaktlı informasiyanın mübadiləsi üçün istifadə olunan “Near Field Communication” (NFC) texnologiyası düyməni bir dəfə basmaqla qurğunu mühafizə olunan simsiz şəbəkə ilə birləşdirməyə imkan verən “Wi-Fi Protected Setup” (WPS) standartına daxil edilib.
 
2007-ci ildə “Wi-Fi Alliance” təşkilatı tərəfindən hazırlanan “WPS” protokolu qurğuları şəbəkədə sazlama işləri aparmadan tez və sadə üsulla birləşdirməyə imkan verir. “WPS” abreviaturalı düyməyə adətən router, akustika, printer və digər periferiyada rast gəlmək mümkündür. Yeni qurğunu bir neçə üsulla – PİN-kodu daxil etməklə, düyməni basmaqla (fiziki və ya virtual) və ya USB-fləşi qoşmaqla (bu üsul artıq köhnəlib) avtorizə etmək olar.
 
Lakin digər əksər qurğularda istifadəçi interfeysi tətbiq edilmədiyindən "Wi-Fi Alliance” “NFC” qismində yeni avtorizə üsulunu əlavə etmək qərarına gəlib. Belə ki, indi simsiz ev şəbəkəsinə “ağıllı” məişət texnikasını, oyun qurğularını, kameraları, termostatları və s. tez qoşmaq mümkündür. Bunun üçün istifadəçidən yalnız routerdə “WPS” düyməsini basmaq tələb olunur ki, qurğuya onun konfiqurasiyası ötürülsün və  "WPA2” şifrləməsi ilə "Wi-Fi” şəbəkəsinə qoşulsun.
 
2007-ci ildən 10 mindən çox simsiz qurğu sertifikatlaşdırılıb. “NFC” texnologiyasını “Broadcom”, “Marvell”, “Mediatek” və “Qualcomm” kimi istehsalçıların məhsulları dəstəkləyir.
 
“NFC” 10 santimetrə yaxın məsafədə yerləşən qurğular arasında məlumat mübadiləsinə imkan verən kiçik təsir radiuslu yüksəktezlikli simsiz rabitə sistemidir. Bu texnologiya ilə təchiz olunmuş qurğuların köməyi ilə istifadəçilər kontaktsız üsulla ödəniş etmək (mal və ya xidmət, nəqliyyatda gediş haqqı və s. ödənişlər), eləcə də müxtəlif mallar haqqında məlumat ala bilərlər, - “Vesti www.vesti.ru” yazır.  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL