waplog

“Elektron hökumət” portalına daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 35111-ə çatıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin mart ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 566 105  daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 317 901 nəfər olub. Belə ki, 317 901 nəfər ümumən 566 105  dəfə portala baxıb və 982 325 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 993 570 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 56 saniyə olub.
 
 
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 56.3%-ni yeni istifadəçilər, 43.7%-ni isə təkrar müraciət edənlər təşkil edib. Müqayisə üçün mart ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 34 062 daxilolma qeydə alınıb.
 
 
Portala müraciət edənlərin ümumi sayı isə 21 394 nəfər olub. Həmin şəxslər 126 600 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 85 025 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 29 saniyə təşkil edib. Mart ayı ərzində portala müraciət edənlərin 51.7%-ni yeni istifadəçilər, 48.3%-ni isə təkrar müraciət edənlər təşkil edib.
 
 
 
“Elektron hökumət” üzərindən təqdim edilən xidmətlərin sayı isə 319 ədəd olub. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayına gəlincə, bu rəqəm hazırda 35111-ə çatıb. Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL