“Mənim yolum İT mütəxəssisliyidir” layihəsi çərçivəsində təlimlərə start verilib
Aprelin 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkir rayonunda həyata keçirilən "Mənim yolum İT mütəxəssisliyidir" layihəsinin təlimləri başlayıb. Fonddan verilən məlumata görə, ilk təlim Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbində keçirilib. Layihə rəhbəri Səbinə Ələsgərova gənclərə layihənin əsas məqsədi haqqında məlumat verib, region gəncləri arasında İKT sahəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, bu yöndə təlimlərin aktuallığından danışıb.
Təlimçi, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin İT mütəxəssisi Qayvalı Rüstəmov isə iştirakçılara informasiya texnologiyaları nədir, gələcəkdə bu sahəni seçmələrinin öz gələcək karyeraları üçün üstünlükləri barədə ətraflı məlumat, kompüter haqqında ümumi biliklər verib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL