waplog

“Samsung Electronics” ən sürətli “SSD” daşıyıcılardan birini təqdim edib


Koreyanın “Samsung Electronics” şirkəti bu gün ən sürətli “SSD” daşıyıcılardan birini təqdim edib. Şirkətin məlumatına əsasən, yeni daşıyıcı 2,5 düym korpusunda hazırlanıb və verilənlərin 6 QB/s sürətlə ötürülməsi ilə olan “SATA” interfeysinin son versiyasını dəstəkləyir. Yeni daşıyıcının sürəti verilənlərin oxunması zamanı 500 MB/san, verilənlərin yazılması vaxtı isə 350 MB/san təşkil edir.

Şirkətin bəyanatında bildirilib ki, yeni “Samsung SSD” 830 64, 128, 256 və 512 QB tutumda təklif edilir. Bütün modellər “SATA rev 3.0” interfeysini dəstəkləyirlər. Şirkət, həmçinin qeyd edib ki, yeni daşıyıcılar “Sandy Bridge” çipləri ilə işləyən yeni “İntel QM67” sistem kontrollerinin aparat dəstəyinə malikdirlər. Bu, yeni kompyuterlərin sahiblərinə maksimal məhsuldarlığa nail olmağa imkan yaradır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL