İlin sonuna qədər bir sıra regional stansiya analoq yayımdan rəqəmli yayıma keçirilə bilər
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi bu ilin sonuna qədər bir sıra regional stansiyanı analoq yayımdan rəqəmli yayıma keçirə bilər.
“Teleradio”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda Bakıda 10 proqramdan ibarət sosial paketin paralel olaraq analoq və rəqəmli yayımı həyata keçirilir.
“Hazırda Mingəçevir, Cəlilabad, Şirvan, Lənkəran, Neftçala, Şabran, Şəki və digər regionlar ilk növbədə analoq yayımı dayandıraraq rəqəmli yayıma başlamağa hazırdırlar. Lakin bunun üçün bu regionlarda mövcud olan analoq televiziya vericiləri rəqəmliyə çevirmək üçün tələb olunan blokların alaraq quraşdırılması tələb olunur. Bu yaxınlarda 60-dək analoq televericinin rəqəmliyə çevrilməsi üzrə təkliflər təqdim edilib. Tələb olunan vəsait ayrıldığı halda ilin sonuna qədər bu işlər başa çatdırıla bilər”,- deyə İstehsalat Birliyində bildiriblər.
Qeyd edək ki, hazırda “Teleradio” İB-nin rəqəmli şəbəkəsində 84 verici mövcuddur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiq etdiyi plana əsasən, “Teleradio” Mingəçevirdə, Şəkidə və Qubada 3 stansiyanın 3 analoq televericisinin rəqəmliyə keçirilməsi nəzərdə tutulub.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL