waplog

Cənubi Koreyada dünyada ilk plastır şəkilli tonometr yaradılıb


Koreya Respublikasında dünyada ilk xəstənin bədəninə yapışdırılan plastır şəkilli arterial təzyiq ölçüsü cihazı yaradılıb. Tonometr Seul Dövlət Universitetinin Tibb İnstitutunun tədqiqat qrupu tərəfindən hazırlanıb. Bu barədə "KBS" dövlət televiziya kanalı məlumat verib.

Qurğu üzərində daimi rejimdə elektrokardioqramı və arterial təzyiq səviyyəsini ölçən sensorun yerləşdirildiyi eni 5 sm, eni 9 sm olan plyonkadan ibarətdir.  

Bildirilir ki, hazırkı işlənmə mərhələsində tonometrin göstəriciləri adi təzyiq ölçüsü cihazlarının göstəriciləri ilə 95 faiz üst-üstə düşür.  

Həmçinin, qeyd olunur ki, Cənubi Koreyanın yeni ixtirası tonometrlər üçün ABŞ və Böyük Britaniyada qəbul olunmuş meyarlara tam cavab verir, - "İTAR-TASS www.itar-tass.com" yazır.  
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL