waplog

“Ağıllı” xalça istehsal edilib


Kompüter şəbəkəsinə qoşula bilən "SmartMat" xalçası çəkini və vaxtı təyin edərək təzyiqi hesablayır və bu məlumatlara əsaslanaraq uşaq, böyük insan və ya ev heyvanının xalça üzərində hərəkətini müəyyən edir.
 
"ICTnews" elektron xəbər xidməti "naked-science.ru" saytına istinadən bildirir ki, "Kickstarter"da ev kompüter şəbəkəsinə qoşulmağa icazə verən daxili "Wi-Fi" simsiz rabitə adapteri ilə təchiz edilmiş "SmartMat" "ağıllı" xalçasının istehsalına vəsait toplanılır. Elektrik enerjisi ilə təchizat rozetkadan və ya 9 volt gücündə batareyadan həyata keçirilə bilər.
 
"SmartMat" xalçası su və çirkə qarşı dayanıqlıdır.
46×69 ölçüsündə "SmartMat" xalçası çəki və vaxtı təyin edərək təzyiqi hesablayır və bu məlumatlara əsaslanaraq uşaq, böyük insan və ya ev heyvanının xalça üzərində hərəkətini müəyyən edir.
 
"Kickstarter"də ən azı 15 min dollar toplamaq planlaşdırılır. Hazırda bu məbləğin yalnız 33%-i toplanılıb. Kampaniyanın bitməsinə 24 gün qalır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL