Startuplar və media məsələləri müzakirə edilib
Azərbaycanda fəaliyyət göstərən startupların 30-a yaxını bir araya gələrək ölkədə bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə müzakirələr aparıblar.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qeyri-rəsmi və daha çox tanışlıq xarakteri daşıyan görüşdə “startup nədir?”, “startup-media məsələləri”, “cəmiyyətdə startuplar haqqında formalaşan rəy”, “yerli biznes mühiti”, “startupların qarşılıqlı əlaqələri” və sair bu kimi məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. Görüşə dəvət edilən jurnalist ekspertlər startupların ölkə mediası ilə əlaqələrinin intensivləşdirilməsinin məqsədəuyğun olduğunu vurğulayaraq qeyd ediblər ki, cəmiyyətdə İKT-nin bu sahəsi ilə məşğul olan gənclərə inamın və etibarın artırılmasında kütləvi informasiya vasitələrinin böyük rolu var.
Bildirilib ki, hər bir yeni sahibkar öz məhsullarını ictimaiyyətə tanıtmaqda KİV-in rolundan maksimum yararlanmağa çalışmalıdır. Bu, bütün hallarda İKT üzrə biznes quranların xeyrinə işləməklə yanaşı, onların gəlirlərinin artmasına, dolayısı ilə reklam olunmalarına böyük fayda verəcək.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL