Audiovizual əsərlər, fonoqram, elektron-hesablayıcı maşınları üçün proqramların satışı zamanı satıcı istehlakçıya hansı məlumatları çatdırmağa borcludur?
Videodaşıyıcılara köçürülmüş filmlərin nüsxələri ticarət zalına verilməzdən əvvəl yoxlanılmalı, qablaşdırma tamlığı və üzərində onu hazırlayan haqqında məlumatların olmasına diqqət yetirilməlidir. Həmçinin haqqı ödənilmiş malın istehlakçıya verilməsi zamanı satışı həyata keçirən şəxs onun üzlüyünün (qabının) bütövlüyünü yoxlamalı, lazım gəldikdə isə istehlakçının tələbi ilə filmdən fraqmentlərə baxmağa şərait yaratmalıdır.
Videodaşıyıcılara köçürülmüş filmlərin nüsxələrinin satışı onun istehsalçısı tərəfindən hazırlanmış üzlükdə (qabda) həyata keçirilməlidir. Bu tövsiyələr Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda öz əksini tapıb. Qaydaların “Audiovizual əsərlərin, fonoqramların nüsxələrinin və elektron-hesablayıcı maşınları üçün proqramların satışının xüsusiyyətləri” bəndinə əsasən, kasetlərə, disklərə və digər videodaşıyıcılara köçürülmüş əsərlərin, fonoqramların nüsxələrinin və elektron-hesablayıcı maşınları üçün proqramların satışı zamanı satıcı istehlakçıya satışa təqdim olunan belə malların hər biri üzrə müvafiq məlumatlar çatdırılmalıdır.
Belə ki, onlara audiovizual əsərlərin, fonoqramların, elektron-hesablayıcı maşınları üçün proqramların (onların nüsxələrinin) istehsalçısının adı, ünvanı, həmçinin belə malların nüsxələrinin hazırlanması, çoxaldılması üçün lisenziyası və onun nömrəsi; videodaşıyıcıların texniki xarakteristikası (videokasetin, diskin növü, videosiqnal sistemi, səsin yazılma sistemi); elektron-hesablayıcı maşınları üçün proqramların qeydə alınma nömrəsi (əgər qeydə alınmışdırsa); müəlliflik hüququ və (və ya) əlaqəli hüquqlar əldə edən haqqında məlumatlar verilməlidir. Həmçinin yeni qaydalara görə, film nüsxələrinin satışı zamanı satıcı istehlakçıya bir sıra məlumatları da çatdırmağa borcludur.
Buraya filmin, çəkildiyi ölkənin və studiyanın adı; filmin buraxıldığı il; film haqqında əsas məlumatlar (hansı janrda olması, müəllifi, rejissoru, bəstəkarı, baş rolların ifaçıları və başqaları haqqında qeydlər); filmin həcmi (dəqiqə ilə); filmin nüsxələrini hazırlayanların, videodaşıyıcılara köçürənlərin (filmin tirajını həyata keçirən təşkilatın) adı və hüquqi ünvanı; prokat şəhadətnaməsinin verilməsi tarixi və nömrəsi; yaşa görə tamaşaçı auditoriyasına olan məhdudiyyət haqqında tövsiyə (əgər varsa) daxildir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL