Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də dəstək verdiyi sayca 8-ci inşa müsabiqəsinin yekun mərhələsi başa çatıb
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş sayca 8-ci inşa müsabiqəsi artıq başa çatıb. Təhsil nazirinin 26 fevral 2014-cü il tarixli əmrinə müvafiq olaraq keçirilən builki inşa yazı müsabiqəsinin təşkilatçıları hər il olduğu kimi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
Ümummilli liderin 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi Akademik Zərifə Əliyeva adına liseydə keçirilib. Respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Onların inşa yazıları isə kitab şəklində çap ediləcək.
Qeyd edək ki, müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşdırılıb. İnşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib.
Respublika mərhələsi iştirakçılarının ümumi sayı 121 nəfərdir. Onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i XI sinif şagirdidir. İlk peşə-ixtisas təhsili müəssisələrini 15 nəfər, orta ixtisas məktəblərini isə 10 nəfər təmsil edir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL