Xüsusi lent bədənimizin hərarəti ilə telefonumuzu enerji ilə dolduracaq
Hamımız bilirik ki, istilik – elektrik enerjisi generasiyasının əsas üsullarından biridir, bəs nə üçün cihazın enerji ilə doldurulması üçün bədənimizin hərarətindən istifadə etməyək?
“ICTnews” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunun professoru Co Bonq-Szin hesab edir ki, biz həmişə üzərimizdə olan enerji mənbəyinə diqqət yetirməliyik və nəticədə yeni termoelement tipi hazırlayıb.
Doktor Co deyib ki, kiçik 4 düymlük lent mikroçipi kifayət qədər enerji ilə təchiz edəcək, lakin əgər biz telefonumuzun eyni üsulla enerji ilə doldurulmasını istəyiriksə, o zaman element ən azı 10x40 düym ölçüsündə olmalıdır.
Professorun sözlərinə görə, 400 kv.düymlük element təxminən 2 vatt enerji generasiya edə bilər ki, bu da smartfonun işi üçün kifayətdir. Beləliklə, gələcəkdə cihazlara daxili batareya lazım olmayacaq və qurğular bilavasitə termal elementdən enerji toplayacaqlar və telefonların ölçüləri kiçiləcək. Lakin “enerjili” geyimdən istifadə etmək lazım gələcək.
Doktor Co bildirib ki, yeni istilik elementi elastikdir və bədənin konturlarına uyğun ola bilər. Hazırda doktorun komandası elementlərin geyimə tətbiqi üzərində işləyir və onlar ümid edirlər ki, artıq 3-4 ildən sonra texnologiya əlçatan olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL