waplog

“Bakcell” beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələrin siyahısını genişləndirir


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti beynəlxalq balansartırma xidmətinin aktiv olduğu ölkələr siyahısına Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəni də əlavə edib.

Ötən ildə istifadəyə verilən "Beynəlxalq Balansartırma Layihəsi" sayəsində Azərbaycandan kənarda olarkən asanlıqla "Bakcell" nömrəsinin balansını artırmaq mümkündür.
 
İstər rouminqdə olan "Bakcell" abunəçilərinə, istərsə də başqa ölkələrdə işləyən və çalışan həmvətənlərimizə müxtəlif bank filialları və POS-terminallar vasitəsilə ödəniş aparmaq imkanı verən bu xidmət Azərbaycanda ilk dəfə "Bakcell" şirkəti tərəfindən həyata keçirilib. Qeyd edək ki, bu xidmət ilk dəfə olaraq Rusiya Federasiyasında tətbiq edilib. Layihənin əsas məqsədi azərbaycanlıların əsas səyahət istiqamətləri və icmaların cəmləşdiyi ölkələrdə "Bakcell" xidmətlərini daha əlçatan etməkdir.
 
Balansı bank filialları, bankomatlar (ATM), ödəmə terminalları, nağd pulun qəbulu aparatları və "Bakcell" tərəfdaşlarının ödəmə məntəqələrində artırmaq mümkündür.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL