Azərbaycanın coğrafi adlarının "Eurogeographics" portalında yerləşdirilməsi üçün işlər görülür
Paytaxt Bakıda nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2200 kv. kilometr ərazisində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən rəqəmsal xəritələr hazırlanıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə DTXK sədri Qərib Məmmədov danışıb.
O bildirib ki, həmin xəritələrdə 57 növdə “3D” formatında məlumatlar həm mətn, həm də qrafik formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. “Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir. İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanıb. Xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır, eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir” – deyən komitə sədri əlavə edib ki, ölkə Prezidentinin "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında" 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində atlasın tərtibi və nəşri üçün müvafiq işlər yerinə yetirilir. Q.Məmmədovun sözlərinə görə, Azərbaycan Respublikasının Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirir:
“Qeyd olunan atlasın hazırlanması və nəşr işləri ilə bağlı orada məlumatları əks olunacaq qurumlardan zəruri məlumatlar toplanıb və bu məlumatlar əsasında xəritələrin tərtibi işləri yekunlaşdırılır”.
Q.Məmmədov bildirib ki, müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün Prezidentin "Cənubi Qafqaz. 1903-cü il xəritəsinin nəşri haqqında" 18 aprel 2012-ci il tarixli sərəncamı əsasında komitədə "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi hazırlanaraq nəşr edilib:
“Bununla yanaşı, Azərbaycan Respublikasındakı coğrafi adların xarici ölkələrdə nəşr edilən xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının "Eurogeographics" portalında yerləşdirilməsi üçün müvafiq işlər görülür. Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş "Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda" xəritəsinə əsaslanır. Xəritə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr edilib. Bu xəritə keçmiş dövrdəki coğrafi adları olduğu kimi əks etdirməklə Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavabdır”.
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL