“Apple” marketinq üzrə mütəxəssislərinin sayını artırır
"Apple" şirkəti marketinq kommunikasiyası üzrə ikinci mütəxəssisi işə götürüb. "Advertising Age" nəşri yazır ki, yeni mütəxəssis "Wolff Olins" reklam agentliyinin keçmiş baş direktoru Karl Xeyselman olub.
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, nəşrin nümayəndələri hesab edir ki, "Apple" rəqəmli marketinq üzrə mövqeyini möhkəmləndirməyə çalışır, belə ki, Amerika şirkəti bu istiqamətdə "Samsung" mütəxəssislərinin genişmiqyaslı işi ilə üz-üzə gəlir. Bundan başqa, əvvəllər KİV-də getmiş məlumatlara əsasən, şirkətin marketinq üzrə baş vitse-prezidenti Filipp Şiller "Media Arts Lab" reklam agentliyi ilə əməkdaşlığın nəticəsindən narazı olub. Başqa məlumata görə, "Apple" marketinq bölməsinin ştatını 300-dən 600-dək artıra bilər.
Xatırladaq ki, Xeyselman 1990-cı illərin əvvəllərində "Apple" şirkəti ilə əməkdaşlıq edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL