“Apple” dünyanın ən ekoloji şirkətidir
“Greenpeace” şirkətindən bildirilib ki, “Apple” yalnız ən zəngin, ən nüfuzlu və ən bahalı şirkət deyil, həm də ən ekoloji şirkətdir.
Bildirilib ki, “Apple” bərpa olunan enerji mənbələrindən aktiv istifadə edir, torpağa ziyan vurmur, öz fəaliyyətinin mənfi nəticələrini minimuma endirir.
“ICTnews” elektron xəbər xidməti “www.appleinsider.ru” saytına istinadən bildirir ki, bu halda sənayenin başqa iştirakçılarından heç biri “Greenpeace”dən maksimal təsdiq almağa müvəffəq olmayıb. “Facebook” və “Yahoo” şirkətləri "zərərli" enerji mənbələrinin (kömür, qaz və hətta nüvə yanacaqları) minimal istifadəsi nəticəsində “Apple” şirkətinə yaxınlaşmağa müvəffəq olublar, siyahının digər iştirakçıları isə Kupertinodan çox şey öyrənməlidirlər…
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL