“İçərişəhər” nəzarət-qeydiyyat və videomüşahidə sistemlərinə texniki xidmət üzrə kotirovka sorğusu elan edib
Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti kotirovka sorğusu elan edib.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, sorğu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisinə daxil olan avtomobillərə giriş və çıxışlarda nəzarət-qeydiyyat və videomüşahidə sistemlərinə texniki xidmət, profilaktika-təmir və montaj-demontaj işlərinin aparılması üzrə xidmətlərin satın alınmasını nəzərdə tutur.
İddiaçı şirkətlər əlavə məlumatı (012) 492-24-27 telefon nömrəsinə müraciət edərək ala bilər.
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər aprelin 17-dək İçərişəhər, 9-cu Maqomayev dön. 6 ünvanında qəbul edilir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL