Statistika üzrə məlumat bazalarının qorunması istiqamətində hansı işlər görülüb?
Məlumat bazalarının qorunması sahəsində müvafiq tədbirlər həyata keçirilib. Respublika üzrə yığılan hər bir hesabat dövrü üçün ilkin məlumatların məlumat bazası yaradılaraq serverdə, yerli statistika orqanları üzrə toplanan məlumatların isə müvafiq proqramlar əsasında saxlanılması təmin olunub. İllik hesabatlar üzrə yaradılmış məlumat bazası və sahələr üzrə emal olunaraq hazırlanmış dinamika sıraları daha uzun müddətə saxlanılması üçün arxivləşdirilib, məlumatın qorunmasının təmin edilməsi məqsədi ilə arxivləşdirilmiş məlumat bazaları daşıyıcılara köçürülərək saxlanılmış və bazaların bərpa üsulları yenilənib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin “Elektron statistikanın və vahid informasiya sisteminin inkişafı istiqamətləri” məqaləsində məlumat verilir.
A.Vəliyevin məqaləsində deyilir ki, məlumat bazasının inkişaf etdirilməsi üçün “Java” texnologiyasına əsaslanan “imtiyazlı müştəri” üsulu tətbiq edilib. Nəticədə nəzərdə tutulmuş bütün göstəricilərin məlumat bazasına daxil edilməsi və sorğu əsasında bazadakı göstəricilərə baxmaq imkanı yaradılıb. Məlumat bazasına ilkin məlumatların daxil edilməsi və bazada dəyişikliklər aparılması səlahiyyətlərinin həyata keçirilməsi isə “incə müştəri” texnologiyası ilə digər şəxslərin bazaya müdaxiləsinin qarşısının alınması şərtləri ilə həyata keçirilib.
Komitə sədri, həmçinin görüləcək işlərdən də söhbət açır: “Qeyd olunan nəticələrlə yanaşı, rəsmi statistikada İKT-nin tətbiqinin daha da genişləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qarşıda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi durur. Bu tədbirlər sırasında dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin inkişafı, statistik proseslərin informasiya sistemlərinə tam inteqrasiya olunması və “E-sənəd dövriyyəsi - kargüzarlıq” sisteminə qoşulması, nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron inteqrasiyasının təmin olunması, yerli statistika orqanlarında Statistik Vahidlərin Dövlət Registrinin elektron informasiya sistemləri ilə aparılması, dövlət orqanlarından alınan inzibati məlumatların mübadiləsi və statistik registrin aktuallaşdırılması mexanizminin təkmilləşdirilməsi, kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun başa çatdırılması mühüm yer tutur”.
Bununla yanaşı, məqalədə vurğulanır ki, respondentlərə düşən yükün daha da azaldılması üçün müəssisənin fəaliyyət növü və hesabatın xarakterini nəzərə alan, toplanmasına zərurət olmayan göstəriciləri avtomatik istisna edən xüsusi elektron hesabatın tətbiqi, əvvəlki dövrə aid olan göstəricilərin müəssisələrdən yığılmadan məlumat bazasından yüklənməsi və s. həyata keçirilməlidir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL