“Galaxy S5” smartfonunun maya dəyəri nə qədərdir?
“Recode” portalı yazır ki, “IHS” şirkəti “Samsung Galaxy S5” smartfonunun komponentlərini təhlil edərək bu nəticəyə gəlib ki, qurğunun maya dəyəri 256 dollar təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, qurğunun ən bahalı komponenti (63 dollar) ekrandır. Daxili və əməli yaddaşın ümumi dəyəri 33 dollar təşkil edir. “Samsung”un aparatında barmaq izlərinin skaneri yalnız 4 dollar təşkil edir, halbuki “iPhone” smartfonunda bu komponentin qiyməti 15 dollar təşkil edir.
Pulsometr modulunun qiyməti 1,45 dollar təşkil edir. Bir qurğunun quraşdırılması 5 dollara başa gəlir. Smartfonun komponentlərinin dəyəri 256 dollar təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL