waplog

İnsanların yaşla əlaqədar xarici görünüşünün dəyişməsi yeni üsulla proqnozlaşdırılacaq


Vaşinqton Universitetinin alimləri tərəfindən hazırlanan proqram uşağın fotoşəkli ilə onun yaşlananda necə görünəcəyini əvvəlcədən xəbər verə bilir. Bu texnologiyadan təkcə əyləncə üçün deyil, həm də digər ciddi məqsədlər - məsələn, itkin düşən uşaqların hətta bir neçə ildən sonra axtarışı üçün istifadə etmək olar.  

Yeni üsulun yaradılması "Google” və “Intel” şirkətləri tərəfindən maliyyələşdirilib. Alimlər internetdə müxtəlif yaşlı insanların çoxlu fotoşəkillərini toplayaraq onların xarici görünüşündə baş verən dəyişiklikləri təhlil ediblər. Alimlərin yaratdığı vasitələr müxtəlif işıqlandırma şəraitinin, üz cizgilərinin ifadəsi və insan duruşunun təsirlərini aradan qaldırır. Bunun nəticəsində onlar yaşla əlaqədar üzün dəyişməsi barədə dəqiq proqnoz verməyə imkan verən alqoritm tərtib ediblər. Bu sahədə nisbətən çətin məsələ azyaşlı uşağın fotoşəkli üzrə onun gələcək xarici görünüşü barədə proqnoz vermək hesab edildiyindən alimlər məhz ona daha çox diqqət yetiriblər.   

Proqramın hazırkı versiyası insanın yalnız cins və yaşını nəzərə alır. Gələcəkdə mütəxəssislər etnik mənsubiyyət, qırışların yaranma xüsusiyyətləri və saçların tökülməsi kimi faktorları əlavə etməyi planlaşdırırlar. Nəticələr iyunda ABŞ-ın Kolambus şəhərində keçiriləcək “IEEE Computer Vision and Pattern Recognition” konfransında təqdim oluncaq, - “Computerworld www.osp.ru” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL