waplog

“Google” şirkəti kontakt linzalar quraşdırıla bilən kameraları patentləyib


“Google” şirkəti kontakt linzalara quraşdırıla bilən kiçik ölçülü kameraların qeydiyyatına patent sorğusu göndərib. Bu sistem görmə qabiliyyəti zəifləmiş insanlara şəhərdə səmt seçməyə icazə verəcək. Məsələn, insan yola yaxınlaşdıqda smartfon səs siqnalı çalır.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, patentə əsasən, hər bir linzaya bir neçə kamera və ötürücü quraşdırıla bilər. Ötürücüləri proqramlaşdırılmaqla işığı, bəzi obyektləri, insanların sifətlərini, hərəkətini, rəngləri seçmək mümkündür.  İstifadəçi gözlərini qırpmaqla sistemi idarə edir.
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL