Qərbi Avropa ölkələrinə fərdi kompyuter tədarükləri azalıb
“Gartner”-in yeni tədqiqatının nəticələri göstərib ki, Qərbi Avropada fərdi kompyuter bazarı 2011-ci ilin ikinci rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 19% azalıb. Qeyd edək ki, “Apple” bu regionda tədarük artımını saxlaya bilən yeganə şirkətdir.
2011-ci ilin ikinci rübündə Qərbi Avropa ölkələrinə 12.7 milyon stolüstü və portativ fərdi kompyuter tədarük olunub. Məlumat üçün bildirək ki, mediaplanşet tədarükü bu göstəriciyə aid edilmir. Qərbi Avropa regionuna tədarüklərin kəskin azalmasını “HP”, “Acer”, “Dell” və “ASUS” kimi aparıcı fərdi kompyuter təchizatçıları da qeyd ediblər. Yalnız “Apple” tədarük artımını (0.5%) saxlaya bilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL