Cənubi Koreya avtomatik məhv olan smartfonlar istehsal edir
Ölkə ərazisində smartfon oğurluğunun geniş yayılması ilə əlaqədar Cənubi Koreya hökuməti mobil qurğularda təhlükəsizlik tədbirlərini gücləndirib. Hələ ötən ilin avqustunda irəli sürülmüş təşəbbüsə əsasən, yerli istehsalçılar smartfonun bütün funksiyalarının uzaq məsafədən bloklanması opsiyasını öz cihazlarına tətbiq etməli olacaqlar. Bildirilir ki, bu tədbir ölkə ərazisində smartfon oğurluğunun sayını azaltmalıdır.
"ICTnews" elektron xəbər xidməti "news.rambler.ru" saytına istinadən bildirir ki, 2013-cü ildə yarımadada 1,23 milyondan çox itmiş smartfon qeydə alınıb, 2012-ci ildə bu göstərici 940 min olub. Mənfi tendensiyanı düzəltmək üçün hökumət istehsalçıların qarşısına smartfonların təhlükəsizlik sistemini gücləndirmək öhdəliyi qoyub. Söhbət "kill switch" (aparatın bütün funksiyalarının uzaq məsafədən bloklanması) opsiyasından gedir.
Dünyanın ən böyük mobil telefon və smartfon istehsalçısı "Samsung" şirkəti artıq müvafiq funksiyanı öz aparatına tətbiq edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL