waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yeni texnologiya üzərində işləyir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək  Texnologiyalar üzrə Tədqiqat Mərkəzi "Təhlükəsizlik məqsədləri üçün "Germanium/Silisium" əsaslı ikizolaqlı görüntü sensorları" layihəsi üzərində işə başlayıb.
 
 Bu barədə  "ICTnews" elektron xəbər xidmətinə mərkəzin Elmi Tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov məlumat verib.
 
 O bildirib ki, indiyə qədər partlayıcı maddələr, bioloji və kimyəvi təhlükəli materialların uzaq məsafədən aşkar edilməsi məqsədilə istifadə olunan "Si" və "İnGaAs" əsaslı detektorlar  çox kiçik dalğa uzunluğu diapazonunda çalışıb, yaxud da bu məqsədlə üzərinə əlavə filtrlər birləşdirmək lazım gələn geniş diapazonlu kameralar istifadə olunub. Bunlar da böyük sahə tələb edir. R.Cabbarovun sözlərinə görə, bu isə təhlükəsizlik üçün nəzərdə tutulan bir qurğu üçün məqsədəuyğun sayılmır: "Bizim təklif etdiyimiz və üzərində hazırda tədqiqat işləri apardığımız  "Ge" və "Si" əsaslı ikizolaqlı sensorlar eyni zamanda həm görünən (VİS), həm də yaxın infraqırmızı (NİR) dalğa diapazonlarında görüntünü qeydə almaq və hətta onun analizini də aparmaq imkanına malik olacaqdır".
 
 
R.Cabbarov  qeyd edib ki, "chip" texnologiyasına əsaslanan bu yığcam, çox kiçikhəcmli, ikiölçülü (2D) və ikizolaqlı sensor çoxqat "Ge" və "Si" fotodetektorlarından ibarət mürəkkəb nanoheterostrukturlar matrisasıdır: "Bu sensorlar təhlükə obyektini nəinki açıq havada, hətta dumanlı, qatı tüstülü, yağışlı, qarlı, qaranlıq şəraitlərdə görüntüləmək (aşkarlamaq ) və analiz etmək imkanına malik olacaqdır".
 
Seymur Qasımbəyli 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL