“Azerfon” MND-nin tətbiqi nəticəsində korporativ istifadəçi seqmentində rəqabətin güclənməsini müşahidə edib
"Azerfon" şirkəti Mobil nömrələrin daşınması (MND) sisteminin tətbiqi nəticəsində şəbəkəsinin istifadəçilərinin sayında əhəmiyyətli dəyişiklik müşahidə etməyib.
Şirkətin satış üzrə Baş müdiri Leyla Nəsrullayevanın "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, "Azerfon" şəbəkəsini tərk edən abunəçilərin sayı şəbəkəyə qoşulan abunəçilərin sayı ilə, demək olar ki, eyni olub.
"Lakin deməliyəm ki, ötən ilin nəticələrinə əsasən bizim şəbəkəmizdə 25% artım müşahidə olunub və bu tendensiya bu il də saxlanılır. MND sisteminin tətbiqi nəticəsində fərdi istifadəçilər seqmentində rəqabət müşahidə olunmayıb, lakin korporativ istifadəçilər üzərində rəqabət aktivləşib. Bu seqmentdə bizim gözləntilərimiz reallaşıb", - deyə o bildirib.
Ümumilikdə MND-nin tətbiqinin nəticələrini şərh edərək L. Nəsrullayeva qeyd edib ki, Avropa ölkələrində, qonşu ölkələrdə bu sistemin tətbiqi eyni effektə malik olub. Yəni sadə istifadəçilərin bir çoxu sistem tətbiq edilənədək artıq bütün operatorların sim kartlarını alaraq istifadə ediblər, onlar özləri üçün ən sərfəlisini müəyyən edərək nömrə daşıma xidməti təqdim edildikdə ona böyük maraq göstərməyiblər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL