Yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq olunan cərimələr barədə məlumatı “Elektron hökumət” portalı vasitəsilə necə əldə etmək olar?
Yol hərəkəti qaydalarının pozuntusu, bu pozuntu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatların “Elektron hökumət” (www.e-gov.az) portalı vasitəsilə əldə oluna bilməsi sürücülərin işini asanlaşdırıb.
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, xidmətdən istifadə etmək üçün ilk növbədə portala daxil olaraq, Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər siyahısından “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” xidmətini seçmək tələb olunur. Açılan formada müvafiq xanalara vətəndaşa aid olan fərdi məlumatlar: sürücülük vəsiqəsinin nömrəsi, vəsiqə sahibinin anadan olduğu tarix və vəsiqənin etibarlı olduğu tarix daxil edilməlidir. Bundan sonra açılan yeni formada portal tərəfindən xəta mesajı, cərimələnmə tarixi, cərimənin ləğv olunma tarixi, cərimə balı, sürücülük vəsiqəsinin nömrəsi, maşının nömrəsi, vəsiqə sahibinin adı, soyadı və s. bu kimi məlumatlar əks olunacaq.
Qeyd edək ki, əgər istifadəçi həmin məlumatları öz kompüterində yadda saxlamaq istəyirsə, “PDF” düyməsindən istifadə edə bilər. Məlumatları “PDF” formatında yadda saxlamaq və ya elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür. İstifadəçiyə təqdim olunan məlumatlarda hər hansı səhv və ya yanlışlıq olduqda Dövlət Yol Polisinə müraciət edə bilər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL