waplog

ÜPİ-nin “EMS müştəriyə qayğı” nominasiyası üzrə mükafatı Azərbaycana təqdim edilib


İsveçrənin Bern şəhərində keçirilən Ümümdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası artıq başa çatıb. Martın 31-dən aprelin 11-dək keçirilmiş sessiyada müxtəlif vaxtlarda ümumilikdə 102 üzv ölkədən və 29 beynəlxalq təşkilatlardan nümayəndə, Azərbaycandan isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) əməkdaşları Nasir Həmidov və Nicat İbrahimli iştirak ediblər.
 
 
 N.Həmidov sessiya dövründə keçirilmiş ÜPİ-nin Quality Servise Fund (QSF) üzrə Qəyyumlar Heyətinin (Board of Trustees – BoT) iclaslarında iştirak edib. Məlum olduğu kimi, Azərbaycan bu orqanın üzvüdür və RYTN-in Poçt sektorunun baş məsləhətçisi N.Həmidov  BoT-a seçilib.
 
 
 BoT-ın toplantısında baxılmış əsas məsələlər arasında dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələr, həmçinin bu layihələrin həyata keçirilməsi üzrə yekun hesabatlar, həmçinin tətbiqi sona çatmış layihələrin ÜPİ ekspertləri tərəfindən aparılmış qiymətləndirmə işləri üzrə hesabatlar və digər sənədlər baxılıb müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
 
 
Toplantının yekunlarına dair QSF-in növbəti xəbərlər bülleteninin buraxılışında ölkələrdə həyata keçirilmiş QSF layihələri arasında nümunəvi olanlardan biri kimi Azərbaycan poçtunun Naxçıvan üzrə 2010-cu ildə tətbiq olunmuş layihəsi ən yaxşı layihələr sırasına daxil edilib. Qəbul edilmiş digər qərarlardan biri də növbəti ildə MDB regionu üçün QSF-in müxtəlif aspektləri və layihə idarəediciliyi üzrə ÜPİ tərəfindən maliyyələşdirilən treninqlərin keçirilməsi məsələsinə dair olub.  Sessiyanın sonunda plenar iclaslar keçirilib.
 
 
 Poçt Əməliyyatları Şurasının (Postal Operations Council – POC) tərkibində fəaliyyət göstərən Komissiyaların hesabatları dinlənilib təsdiq edilib. 2016-cı ildə İstanbulda keçiriləcək ÜPİ-nin növbəti konqresinə hazırlıqla bağlı Türkiyə nümayəndəliyi təqdimatla çıxış edib. N.Həmidovun sözlərinə görə, ÜPİ-nin Beynəlxalq Bürosu tərəfindən konqresə hazırlıq işləri qənaətbəxş hesab olunub:

"Plenar iclaslarda bir sıra ölkələrə ÜPİ-nin "C" və "B" səviyyəli keyfiyyət sertifikatları Baş Direktor Bishar Hussein tərəfindən həmin ölkələrin sessiyada iştirak edən nümayəndələrinə təqdim edilib. Azərbaycan da poçt sahəsi üzrə digər xidmət növü olan sürətli poçt üzrə (Express Mail Service – EMS) mükafat alan ölkələrdən biri oldu. Belə ki, 2013-cü ilin nəticələrinə görə "EMS müştəriyə qayğı" nominasiyası üzrə mükafat ("CustomerCareAward – EMS CallCentre of theyear 2013") Azərbaycan nümayəndəliyinə təqdim edilib".
 
 
Bundan başqa, plenar iclaslar zamanı BoT-ın tərkibinin qismən yenilənməsi üzrə seçkilər keçirilib və Hindistan nümayəndəsi bu orqana yeni üzv seçilib. RYTN-in digər əməkdaşı N.İbrahimli plenar iclaslar dövründə ÜPİ-nin və "PostEurop" təşkilatının rəsmiləri ilə görüşlər keçirib, onlarla ölkəmizin poçt sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
 
 
Həqiqət İSABALAYEVA     

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL