Azərbaycanda efirin qorunmasında problemlər həll olunub
Bu gün Azərbaycanda efirin qorunmasında artıq böyük problemlər yoxdur. Bu fikri jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, respublikada yaradılması nəzərdə tutulan “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin artıq birinci hissəsi istifadəyə verilib. Hazırda Azərbaycanın 12 bölgəsində tezliklərə avtomatik nəzarət sistemi fəaliyyət göstərir və Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə məlumat verilir.
Sərhədyanı ölkələrlə rəqəmli televiziya, radio tezliklərinin artıq bölüşdürüldüyünü deyən nazirin sözlərinə görə, bu proses Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib. Hazırda yalnız Dağlıq Qarabağdan - Şuşadan arabir müdaxilələrin müşahidə olunduğunu deyən Ə.Abbasov onların qarşısının vaxtında alındığını bildirib.
Qeyd edək ki, mövcud radiomonitorinq şəbəkəsi ilə müqayisədə yeni qurulan şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilir və avtomatik idarə olunur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL