66 gün avtonom rejimdə işləyən smartfon
“Philips” şirkəti “Apple”, “LG” və ya “Samsung” kimi kütləvi smartfon istehsalçısı deyil, lakin “Philips”in mobil qurğuları həmişə rəqibləri ilə müqayisədə avtonom iş vaxtının müddətinə görə seçilib. Yeni “Philips W6618” qurğusunun akkumulyatoru cihazın 66 gün müddətində avtonom rejimdə işləməsinə imkan verəcək.
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, istehsalçının məlumatına görə, qurğu gözləmə rejimində 1604 saat (66 gün) və danışıq rejimində 33 saat işləyəcək. Akkumulyatorun tutumu 5300 milliamper/saat təşkil edəcək.
Smartfonda 5 düymlük ekranın təsvir ölçüsü 540 x 960 təşkil edir. Smartfon 1,3 QHs takt tezlikli “MediaTek” dördnüvəli prosessoru, 1 QB əməli yaddaş və 4 QB daimi yaddaş (microSD kartı hesabına artırmaq olar) ilə təchiz edilib.
Smartfonun qalınlığı 11,6 mm təşkil edir. “Philips W6618” qurğusu “Android 4.2” mobil əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL