Aviaşirkət və aeroportlar biznes analitikaya vəsaitlər yatırır
“SITA” şirkəti tərəfindən aparılan sorğudan məlum olub ki, dünyanın bütün aparıcı aviaşirkətləri və nəhəng hava limanlarının 90 faizi yaxın üç ildə biznes analitik sistemlərin tətbiqi üzrə layihələri həyata keçirməyi planlaşdırır. Şirkət nümayəndələri qeyd edirlər ki, lakin investisiyaların özünü doğrultması üçün çoxlu səy göstərmək lazımdır.
Dünyanın nəhəng aeroportlarında rəyi soruşulan sərnişinlərin yarıdan çoxu hava limanlarında mobil telefonlardan reys, baqaj və istiqamət barədə məlumatların əldə edilməsi üçün istifadəyə müsbət yanaşır. 2016-cı ilədək əksər aviaşirkət və aeroportlar belə xidmətləri biznes analitik sistemlər vasitəsilə göstərməyə başlayacaq. "SITA” bildirir ki, artıq indidən şirkətlərin çoxu sərnişinlərin mobil telefonlarına reyslər barədə məlumatlar göndərirlər. Lakin yeni xidmətlər daha geniş təhlil imkanları tələb edəcək. Sərnişinlər informasiya almaqla yanaşı, fərdi məlumatların mühafizəsinə də diqqətlə yanaşırlar. Bu baxımdan biznes analitika və proqnozlaşdırma analitikasının birlikdə tətbiqi, eləcə də aeroportların infrastruktur və məkanının optimallaşdırılmasından istifadə faydalı ola bilər. Mütəxəssislərin fikrincə, müxtəlif mənbələrdən keçmiş hadisələr və məlumat axınının analizi planlaşdırılmayan hadisələr üçün proqnoza imkan verə bilər, - "Computerworld www.osp.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL