“Toshiba” şirkəti dünyanın ən sürətli yaddaş kartlarını təqdim edib
"4K" formatlı ekranla təchiz edilmiş noutbukun nümayişindən sonra Yaponiyanın "Toshiba" şirkəti "MicroSD" formatlı ən sürətli yaddaş kartlarını buraxıb. Yeni məlumat daşıyıcıları yüksəksürətli "UHS-II" standartına uyğun gələn birinci "MicroSD" kartdır.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, daşıyıcılar iki variantda (32 və 64 QB) təklif edilir.
64 QB-lıq kartlarda oxuma sürəti 260 Mb/s, yazma sürəti isə 240 Mb/s təşkil edir. 32 QB-lıqkartlara gəlincə, onların maksimal oxuma sürəti 145 Mb/s, yazma sürəti isə 130 Mb/s-dir.
"Toshiba" şirkətinin yeni yüksəksürətli yaddaş kartlarının çıxarılma müddəti və qiyməti haqqında məlumat yoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL