waplog

“Startup Weekend” öz işinə başlayıb


Dünən Bakıda qlobal formatlı “Startup Weekend” tədbiri öz işinə başladı.
 
3 gün davam edəcək tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanaraq sahibkarlar, marketerlər, dizaynerlər və proqramçılar “komanda”larda bir araya gələrək startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimatlar edəcəklər.
 
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanı  3 gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar  “mentor” statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər.
 
 
“Baku Startup Weekend” tədbiri müstəqil mütəxəssislər tərəfindən və “Startup Weekend” qlobal forumu tərəfindən təşkil edilib. Dünyanın bir çox dövlətindən tədbirə qatılan 60-a yaxın startapçı öz bilik və bacarıqlarını bölüşmək imkanı qazanıb.
 
 
Açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, Azərbaycan hökuməti ölkədə startapların inkişaf etdirilməsinə böyük diqqət ayıraraq onlara lazım olan bütün şəraiti yaradıb. Bura texnoparklardakı fəaliyyətdən tutmuş, maliyyəyə qədər olan bütün məsələlərin də daxil olduğunu qeyd edən nazir müavini əlavə edib ki, təmsil etdiyi nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi müsabiqə də bu qəbildəndir. Ölkədə startapların fəaliyyətə başlaması, inkişaf etməsi və uğur qazanması üçün geniş meydanın olduğunu xatırladan E.Vəlizadə “Baku Startup Weekend” tədbirinin də müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
 
Sonra Böyük Britaniyadan olan spiker  Hussein Kanji, türkiyəli Alper Celen mövzu ətrafında çıxışlar ediblər.
 
Seymur
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL