Gözdən əlillərə kitabları oxumağa imkan verən qurğu yaradılır
Məlum olduğu kimi, görmə qabiliyyəti qüsurlu olan insanlar Brayl şrifti (1824-cü ildə fransalı Lui Brayl tərəfindən yaradılıb və gözdən əlillərin yazması və oxuması üçün nəzərdə tutulub) ilə yazılmış mətni oxuya bilirlər. Lakin Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqat komandası daha əlverişli alternativ həll hazırlayır.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, Brayl şrifti nə qədər əlverişli olsa da, kitab, qəzet, jurnal və başqa çap nəşrlərinin əksəriyyəti bu formatda əlçatan deyil. MTİ-nin "Media Labs" tədqiqatçılar komandasının hazırladığı qurğu isə üzük kimi barmağa taxılır və çap mətnini danışığa çevirir.
Gözdən qüsurlu şəxs üzüyü şəhadət barmağına taxdıqdan sonra barmağını sətrə yaxınlaşdıraraq mətnin səslənməsinə qulaq asa bilər. Hazırda mətni oxuyan səs daha çox robot səsinə oxşayır. Bununla belə, sözügedən qurğu olduqca perspektivli hazırlanma hesab edilir.
Qeyd edək ki, Roy Şilkrot və Yohan Xuberin rəhbərliyi ilə işləyən alimlər komandası artıq səsli oxuma texnologiyasının təkmilləşdirilməsi üzərində çalışırlar. "FingerReader" adlanan cihaz 12 şriftlə yazılmış mətni "tanıya" bilir. Bunun üçün qurğuya kamera quraşdırılıb. Bundan başqa, daxili ötürücü barmağın hərəkətini izləyir və oxucu barmağını sətirdən çox uzaqda saxladıqda səs siqnalı çalır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL