waplog

“Nokia” brendi tarixə qovuşur?


“Microsoft” korporasiyası bir çox insanın sevimlisi və tanınmış “Nokia” mobil brendindən imtina edib. Belə ki, proqram təminatı nəhəngi  smartfon istehsalçısını “Microsoft Mobile” adlandıracaq.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Nokia” şirkətinin mobil aktivlərinin satın alınması üzrə saziş bağlandıqdan sonra (30 aprel) “Microsoft” smartfonlar üçün “Nokia” brendindən imtina edərək “Microsoft Mobile”dən istifadə edəcək.
 
Xatırladaq ki, “Microsoft” “Nokia”nın mobil biznesi və onun mobil patentlərinin 10 il müddətinə lisenziyalaşdırılması üçün 7,2 milyard dollar ödəyib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL