Bakıda Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş onlayn konfrans keçiriləcək
Azərbaycan Müəllif Hüquqları Agentliyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə ölkəmizdə silsilə tədbirlər keçirmək niyyətindədir.
Agentlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda birinci konfrans aprelin 23-də keçiriləcək.
Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədovun, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları və Konfliktologiya İnstitutunun elmi işçisi Elşad Əlilinin erməni saxtakarlıqlarını ifşa edən məruzələri dinlənəcək, mövzu ətrafında müzakirələr olacaqdır. Tədbirin onlayn rejimdə yayımlanması nəzərdə tutulur.
Tədbirin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərməkdir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL