waplog

Azərbaycanın Hesablama Palatası kompüter parkını yeniləyir


 Azərbaycan Respublikası Hesablama Palatası kompüter texnikası və ofis avadanlığının alınması üzrə açıq tender elan edib.

Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 130 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) mayın 2-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə iyunun 2-dək  Bakı şəhəri, AZ1000, Xaqani küçəsi 33 ünvanına təqdim etməlidirlər.

Tender proseduru iyunun 3-də keçiriləcək, iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL