waplog

Mobil telefon savadsızlıqla mübarizədə kömək edəcək


YUNESKO-da savadsızlıqla mübarizə vasitəsi kimi mobil telefonlardan istifadə və oxucu dairəsinin genişləndirilməsi ilə bağlı tədqiqat keçirilib.
 
Müasir dünyamızda mobil telefonlar hər yerdə, həmçinin kitab çatışmazlığı hiss olunan regionlarda geniş yayılıb. BMT-nin qiymətləndirməsinə görə, hazırda 6 milyard insan kommunikasiya şəbəkələrinə qoşulmuş mobil qurğulara çıxış imkanına malikdir. Müqayisə üçün qeyd edək ki, yalnız 4,5 milyard insan tualetdən istifadə imkanına malikdir.
 
 
"ICTnews" elektron xəbər xidməti "un.org" saytına istinadən bildirir ki, kommunikasiya texnologiyalarının inkişafı savadsızlıqla mübarizədə uğurların azalması fonunda müşahidə olunur.
 
 
Belə ki, 1990-dan 2000-ci ilədək savadsızların sayı 12% azaldığı halda, 2000-ci ildən indiyədək yalnız 1% azalıb.

Kitab qıtlığı savadlılığın yayılması yolunda əsas maneələrdən biri olaraq qalır.
 
 
"Mobil rabitə dövründə mütaliə" adlı yekun hesabatda aşağı savadlılıq səviyyəsinə malik ölkələrdə ucuz mobil qurğulardan istifadə ilə bağlı tövsiyələr diqqətə çatdırılıb. Onların hədəfi oxucu dairəsini genişləndirməkdir.

YUNESKO-dan bildirilib ki, informasiya-kommunikasiya  texnologiyaları (İKT) həmişə savadlılığın yayılmasında aparıcı rol oynayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL