waplog

“Google” şirkəti “Nexus” planşetləri üçün yeni istehsalçı axtarır


"Digitimes.com" resursu yazır ki, "Google" şirkəti "HTC" ilə əməkdaşlıq çərçivəsində növbəti qabaqcıl planşetini buraxa bilər.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Google" şirkəti üçün 7 düymlük "Nexus" planşetlərinin son iki nəslini "Asustek" şirkəti hazırlayıb, amma yeni nəsil planşetdə "Google"dan yeni dizayn gözlənilir. Ola bilsin ki, məhz bu, təchizatçının dəyişməsinə səbəb olub. "IDC"-nin məlumatına görə, 3,9% bazar payına sahib  "Asustek" şirkəti  2013-cü ildə qlobal planşet bazarında dördüncü yerdə qərarlaşıb.

Mənbə yazır ki, "Asustek" şirkəti "Nexus" planşetlərinin üçüncü nəslinə sifarişi əldə etmək üçün cəhd göstərmir, çünki şirkət indi diqqətini öz smartfon və planşetlərinə yönəltmək istəyir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL