waplog

Azərbaycanda “3G” şəbəkəsi genişləndirilir


Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC üçüncü nəsil şəbəkəsinin (3G) genişləndirilməsinə başlayıb. Bu barədə cümə axşamı şirkətin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev məlumat verib.

Bu gün "Azərfon" operatorunun “3G” şəbəkəsi Bakı, Abşeron yarımadası və Sumqayıtla yanaşı, Gəncə, Şirvan, Naxçıvan, Mingəçevir, Şəki, Tovuz və Şəmkirdə də fəaliyyət göstərir. E.Fərzəliyevin sözlərinə görə, yaxın iki ayda "Azərfon"un “3G” şəbəkəsi Azərbaycanın başqa şəhərlərini də əhatə edəcək.

"Azərfon" şirkətinin “3G” şəbəkəsində məlumatların ötürülməsi sürəti 7,2 Mbit/saniyəyə çatır ki, bu da multimedialı kontentin operativ yüklənməsini, İnternet şəbəkəsinə, elektron poçta yüksəksürətli çıxışı və fayl əlavələrinin mübadiləsi imkanlarını təmin edir. “3G” şəbəkəsinin istifadəçiləri bu standarta uyğun gələn mobil telefonların köməyilə böyük həcmdə məlumat və videotəsvirləri qəbul edə və ötürə bilərlər.

"Bununla paralel olaraq biz habelə yeraltı nəqliyyatı əhatə edəcək “2G” şəbəkəsinin çəkilişinə də hazırlaşırıq. Hazırda Bakı Metropoliteninin bəzi stansiyalarında layihələndirmə aparılır", - deyə Fərzəliyev deyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL