waplog

Elmi müəssisələrdə internetdən istifadə üçün heç bir problem yoxdur


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin İKT ilə təminatı vəziyyətinin monitorinqi nəticəsində müəyyən edilib ki, ümumilikdə əməkdaşların 42 faizi kompüterlə təmin olunub. İnternetdən istifadə üçün heç bir problem yoxdur.
 
Bu barədə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verib. Onun sözlərinə görə, son zamanlar AMEA-da aparılan islahatlar, yeni texnologiyaların meydana gəlməsi “science.az” portalının təkmilləşdirilməsini də zəruri edib:
 
 
 “Bu məqsədlə portalın yeni versiyası hazırlanıb, onun tərkibində “Elm TV” adında internet televiziyası yaradılıb. Onu da qeyd edim ki, AMEA-da aparılan islahatların nəticəsi olaraq, 2013-cü ildə “science.az” portalına olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 2 dəfə artaraq 1 milyonu ötüb”.
 
 
H. İSABALAYEVA
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL