Fiziki düyməli sensor ekranlar reallığa çevrilir
Tayvanın “Wistron Corporation” şirkəti tezliklə qabaqcıl “Tactus Technology” toxunulmaqla duyulan əks-əlaqə sistemi ilə təchiz edilmiş ilk qurğularının istehsalına başlayacaq.
“ICTnews” elektron xəbər xidməti “naked-science.ru” saytına istinadən bildirir ki, “Tactus” texnologiyası sensor ekranın səthində relyefi hiss etməyə imkan verir. Bu texnologiyanın sayəsində ekran düymələri "fiziki" düymələrə çevrilir. İstifadəçinin sorğusu əsasında sistem ekranda qabarıqlar yaradır. Klaviatura istifadə olunmadıqda qabarıqlar yoxa çıxır.
Hazırda artıq “Tactus” texnologiyası ilə təchiz edilmiş prototiplər mövcuddur.
Cari ilin sonunadək “Apple iPad Mini” planşeti üçün relyef klavişlərə (istifadəçinin əmri ilə yaranan və yoxa çıxan) malik xüsusi çexol satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL