İT mogikanın həyat hekayəsi
"Kitab və suşi həyatda mənim ən sevdiyim şeylərdir... Pul onları əvəz edə bilməz"- bu fikirlər İT sənayesinin əfsanəvi lideri, böyük bir imperiyanın banisi Stiv Cobsa məxsusdur. Dünyanın ən zövqlü brendinin yaradıcısı həyatının ən maraqlı məqamlarını aşağdakı punktlarda xarakterizə edib.
-
Kitab və suşi həyatda mənim ən sevdiyim şeylərdir... Pul onları əvəz edə bilməz.
-
Həyat təcrübəm və hər hansı planım yox idi və kollecin bu işdə mənə necə kömək edəcəyini dərk etmirdim. Mən sadəcə, valideynlərimin illərdir topladığı pulu xərcləyirdim. Kolleci tərk etmək qərarına gəldim və inanırdım ki hər şey yaxşı olacaq. İlk öncə çox qorxmuşdum, amma dönüb geri baxdıqda görürəm ki, bu nə vaxtsa qəbul etdiyim ən yaxşı qərarlarımdan biri olub.
-
24 yaşımda əlimdə olan kapitalım 10, 25 yaşımda isə artıq 100 milyon dollardan çox idi.
-
İnsanları işdən çıxarmaq məcburiyyətindəyəm, çünki bu mənim işimdir.
-
Kollecdə tanıdığım parlaq gələcəyi olan insanların heç biri siyasətlə məşğul olmayıb.
-
13 yaşımda Stiv Voznyakla tanış olmuşam, onun 19 yaşı var idi. Hər ikimiz kompüterə maraq göstərirdik və oxşar yumor hissinə malik idik. Beləcə dostlaşdıq. O, bir dəfə Vatikana zəng vuraraq özünü Henri Kissincer kimi qələmə verib. Zəng edənin Kissincer olmadığını anlayana qədər kimsə hətta gecə yarısı Papanı oyatmaq da istəyib. Bəs sonra? Heç, bizi bir müddət məktəbdən qovublar.
-
Əminəm ki, 1 dolları səmərəli xərcləmək, onu əldə etməkdən daha çətindir.
-
Mənim haqqımda əsas onu xatırlamaq lazımdır ki, hələ də tələbə deyiləm.
-
Atam maşinist olub. O, işinin ustası idi. Məni isə daha çox elektronika cəzb edirdi.
-
Bizi üçüncü sinifdə görərdiniz. Müəllimlərimizi bezdirirdik. Sinfə ilan gətirirdik və bomba partladırdıq.
-
"Hewlett-Packard" korporasiyasında birinci iş günümü xatırlayıram. Kris adlı oğlan elmi rəhbərim idi. Ona dedim ki, elektronika həyatda ən çox sevdiyim şeydir və ondan sevimli məşğuliyyəti haqqında soruşdum. O, mənə baxaraq dedi: "Cinsi əlaqə ilə məşğul olmaq!" Mən həmin yay xeyli təcrübə topladım.
-
"Macintosh" kimi ağır iş üzərində işlədiyim yadıma gəlmir, amma bu, həyatımda ən gözəl təcrübə idi. Nəhayət, qurğunu səhmdarlar yığıncağında nümayiş etdirdikdə zalda əyləşən hər bir kəs ayağa qalxaraq 5 dəqiqə bizi gurultulu alqışlayıb. Sevincimizdən ağlayırdıq.
-
Bill Qeyts yaxşı oğlandır. Biz yaxşı dost olmasaq da, amma ayda bir dəfə əlaqə saxlayırıq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL