waplog

350 avroya “rəqəmli qəlb” satılıb


Rəqəmli texnologiyalar əsrində fərdi informasiyanın mühafizəsi hər birimiz üçün böyük  əhəmiyyət daşıyır. Şəxsi həyatınızın rəqəmli tərəfi  neçəyidir? Siz onu yad insana neçəyə satardınız? Hollandiyalı tələbə Şon Bakls “rəqəmli qəlb”ini hərracda 350 avroya  satıb.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, Hollandiyalı tələbə Şon Bakls “rəqəmli qəlb”ini hərracda satıb.
 
Cəsarətli hollandiyalının "rəqəmli qəlb"i onun dəqiq yaşayış ünvanını, tibbi qeydlərinə və mühüm hadisələrin qeyd olunduğu şəxsi təqviminə, elektron poçtuna, həmçinin qeydiyyatdan keçdiyi sosial şəbəkələrdə bütün informasiyaya çıxışı özündə ehtiva edir. O, həmçinin müxtəlif messencer və çatlarda internet yazışmalarının tarixçəsini, istehlakçıların verdikləri üstünlüklər haqqında informasiyanı və hətta öz brauzerinin tarixçəsini satıb.  Hollandiyalı tələbə onlayn hərracların birində bütün bunları 350 avroya satıb.
 
Biz hər gün internetdə özümüz haqqında böyük həcmdə qiymətli informasiya saxlayırıq və demək olar heç kim bu məlumatların, məsələn reklam şirkətləri üçün əhəmiyyətinə fikir vermir. İnternetdə göstərdiyimiz fəaliyyət əsasında sevdiyimiz şeylər, işimiz, maraq dairəmiz haqqında, həmçinin başqa məlumatlar əldə etmək olar.
 
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL