Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycan Respublikası prezidentinin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədi ilə 07 mart 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib.
Kollegiyada sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə hazırlıq, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar, eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin hazırlanması, strukturunun formalaşması, ştat vahidi, işçilərinin say tərkibinin müəyyən edilməsi ilə bağlı məsələlərmüzakirə edilib.
İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov RYTN-in strukturuna daxil olmayan tabeliyindəki birlik və müəssisələrdə bazar iqtisadiyyatının və innovativ inkişafın tələblərinə uyğun struktur islahatlarının aparılması, işçilərin sayının iş həcminə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verib.
Bu məqsədlə İşçi Qrupu yaradılaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, qısa müddət ərzində təkliflərin hazırlanması prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Kollegiya iclasında hazırlıq mərhələsinin gedişatı ilə bağlı mütəmadi müzakirələrin aparılması da qərara alınıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL