Ödəniş kartı və kassa çeki – vergi tutularkən hansı əsas götürülür?
Pərakəndə satış edilərkən və ya xidmət göstərilərkən müştərilər ödənişi kart vasitəsilə həyata keçirə bilər. Bu zaman alıcıya təqdim olunan POS-terminal çeki ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. Sahibkarları maraqlandıran məsələlərdən biri də məhz budur ki, hər hansı bir yoxlama zamanı satış dövriyyəsini müəyyənləşdirərkən həm POS-terminal çeki, həm də kassa çeki ilə vurulmuş bir əməliyyat iki dəfə hesaba alına bilər.
Belə əməliyyatların təkrar nəzərə alınmaması üçün hansı mexanizm mövcuddur ki, satışı həyata keçirən şirkət iki dəfə vergi ödəməsin?
Vergilər Nazirliyindən bu sualı cavablandırarkən bildirilib ki, vergi orqanına təqdim olunan bəyannamə tərtib edilərkən həm nəzarət-kassa aparatına, həm də POS-terminala daxil edilmiş məbləğlər nəzərə alınır. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar: “Belə ki, eyni əməliyyata görə nəzarət-kassa aparatına və POS-terminala daxil edilmiş məbləğlərin iki dəfə nəzərə alınmaması üçün vergi tutulan dövriyyə üçün onlardan yalnız biri götürülür”.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL