waplog

“LG” şirkəti kosmetika biznesinə qoşulur


Cənubi Koreyanın "LG Group" korporasiyasının "LG Household & Healthcare" struktur bölməsi dünyanın tanınmış "Elizabeth Arden" kosmetik brendini satın almaq niyyətini açıqlayıb. Qadınlar üçün dekorativ kosmetika istehsal edən şirkət 1910-cu ildən bazarda fəaliyyət göstərir.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "LG Household & Healthcare" nümayəndəsinin sözlərinə görə, şirkət "Elizabeth Arden" daxil olmaqla 2 və ya 3 kosmetika istehsalçısını satın almağa hazırlaşır.
 
"LG Household & Healthcare" kosmetika və ev ləvazimatları, həmçinin içki istehsalı ilə məşğul olur.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL